"Allaha yalvarıram ki, koronavirusdan ölməyim" - Mətanət İsgəndərli
Tarix: 24-07-2020, 14:31

Əməkdar artist Mətanət İsgəndərli koronavirus qorzxusunu etiraf edib.
Axşam.az xəbər verir ki, müğənni "7 canlı" proqramında qonaq olarkən bu haqda danışıb. O bildirib ki, gecə-gündüz dualar edir:
"Mən ölməyəcəm. Gecə-gündüz Allaha yalvarıram ki, koronavirusa yoluxmayım. İnsanlar var ki, elə bilirlər bu virusdan öləcəklər, qorxurlar. Dua edirəm, deyirəm, Allahım məni öldürmə. Öləcəm, 80-90 yaşımda. Mən koronavirusdan ölməyəcəm".
Paylaş: