Dünyanın ən gözəl qadını göbəyini açıb "ustalıq" etdi
Tarix: 23-07-2020, 11:18

Riyazi baxımdan (üz proporsiyalarına görə) dünyanın ən gözəl qadını olan 23 yaşlı model, Fələstin əsilli Bella Hədid göbəyi açıq geyimdə yelləncək düzəldib.


BiG.AZ-ın verdiyi xəbərə görə, o, "iş prosesi"ni "İnstagram" səhifəsində paylaşıb.

"24 Hour Laundry" brendinin geyimində olan model paylaşımını belə şərh edib:

"Böcəklər məni bezdirsə də, yelləncək düzəltdim. Hələ tam hazır deyil, lakin söz verirəm ki, bir gün sizə son variantını göstərəcəyəm".

İzləyicilər Hədidin bacarıqlarına heyran olub tərif dolu şərhlər "yağdırıblar": "Dahi", "Sənin ümumiyyətlə kişiyə ehtiyacın yoxdur, supersən!", "Əllərin qızıldandır", "Həm gözəl, həm zəhmətkeş" və s.
Paylaş: