"Bütün platformalarda, meydanlarda Azərbaycana uduzan ermənilər..."
Tarix: 23-07-2020, 09:56



Real Təhlil və İnformasiya Mərkəzi Azərbaycanın Belçikadakı səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiyası zamanı ermənilərin Real TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına xəsarət yetirməsi ilə bağlı bəyanat yayıb.
Axar.az sözügedən bəyanatın mətnini təqdim edir:
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədə etdiyi basqının qarşısının ordumuz tərəfindən mətanətlə alınması, təcavüzkar tərəfin qətiyyətlə geri otuzdurulması ölkəmizdə və dünyada ümumazərbaycanlı hərəkatının geniş vüsət almasına səbəb olub. Azərbaycanın paytaxtı və bir sıra başqa şəhərlərilə yanaşı Almaniya, Türkiyə, ABŞ, Niderland, Ukrayna və s. kimi ölkələrdə Ermənistanın xaincəsinə basqınını pisləyən, Azərbaycanın haqq işinə dəstək verən dinc aksiyalar keçirilir. Bu aksiyaların qarşısına cavab məqsədilə çıxan ermənilər özlərini öz terrorçu mahiyyətlərinə, faşist xislətlərinə uyğun aparırlar. ABŞ və Niderlandda olduğu kimi Belçikada da xüsusi amansızlıq və zorakılıq nümayiş etdirən erməni güruhu azərbaycanlıların dinc aksiyasına hücum edib.
Azərbaycanın Belçikadakı səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıları daşa basıb. Hər bir səfirliyin, təmsil etdiyi ölkənin ərazisi sayıldığını nəzərə alsaq, ermənilər Azərbaycan dövlətinə basqın ediblər. Vandallar səfirliyn önündə parklanmış, üzərində "Azərbaycan" yazılmış avtomobilə də od vurublar. Basqına məruz qalan azərbaycalılar arasında yaralananlar var. Real TV-nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızı isə başından ağır xəsarət alıb.
Real TV öz peşə borcunu yerinə yetirən əməkdaşını hədəf alan terrora layiq hərəkəti pisləyir, bunu ermənilərin faşist təbiəti ilə izah edir. Bütün platformalarda, meydanlarda Azərbaycana uduzan ermənilər Tovuz istiqamətində aldıqlaırı ağır məğlubiyyəti dünyanın heç bir yerində həzm edə bilmir, rüsvayçılıqlarının əvəzini, dinc aksiyalarla öz dövlətinə, ordusuna dəstək verən sivil azərbaycanlıara hücum etməklə çıxmağa çalışırlar. Real TV Belçika hökumətindən Brüssel polisindən, mətbuat təmsilçisinə hücum etməklə ona ağır bədən xəsarəti yetirən şəxslərin fəaliyyətini təcili araşdırmağı və günahkarların tapılıb cəzalandırılmasını tələb edir. Erməni güruhun bu hərəkətinin mahiyyətində söz azadlığına və demokratiyaya dözməzlik, ksenofobiya, azərbaycanlılara total nifrətin olduğu aydın görünür. Ermənistan dövləti hər addımda qeyri-konstruktivlik nümayiş etdirməklə özünün terrorçuluğa meylini göstərdiyi kimi, dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilər də öz faşist təbiətini hər fürsətdə ortaya qoyurlar. Bu gün dünyada bütün humanist çağırışlara adekvat cavab verən, əksər hallarda özü xeyirxah təşəbbüslər göstərməklə beynəlxalq öncüllük nümunəsi ortaya qoyan Azərbaycanın, onun dünyadakı təmsilçiləri fonunda ermənilərin məzmunundakı quldurluq, canilik qabarıq görünür.
Real TV öz əməkdaşının, insan haqları və azadlıqlarını qorumaq nümunəsi olmağa iddia edən Avropanın mərkəzi olan Brüsseldə məruz qaldığı vəhşiliyi məhkum edir, bu dövlətdən cavab tələb edir. Ermənilərin törətdiyi vəhşilik heç bir halda cavabsız qalmamalıdır".



Paylaş: