Məşhur aktrisa tarixi serialda rol alacaq
Tarix: 17-07-2020, 16:35



Türkiyəli məşhur aktrisa Hatice Şendilin yeni serialı müəyyənləşib.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, 37 yaşlı gözəl aktrisa “TRT1”in yeni serialı “Nizamı Alem” serialında çəkiləcək.

Səlcuqlu İmperatorluğundan bəhs edəcək ekran işində Hatice Şendil ilə yanaşı Buğra Gülsoy, Leyla Lydia Tuğutlu, Gürkan Uygun, Ekin Koç, Sevda Erginci, Osman Sonat kimi məşhur simalar yer alacaq. Serial sentyabr ayında yayım həyatına başlayacaq.

Qeyd edək ki, Hatice Şendil “Kurtlar Vadisi Pusu”, “Dila Hanım”,”Kaderimin Yazıldığı Gün” kimi yüksək reytinqli seriallarda baş rolları ifa edib.

Paylaş: