Toyların keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA
Tarix: 17-07-2020, 11:58



Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, iyulun 16-da sağalanların sayı yoluxanlardan çox oldu. Belə ki, Operativ Qərargahın yaydığı məlumata görə, iyulun 16-da 493 nəfər koronavirusa yoluxub, 561 nəfər isə sağalıb. Əgər gündəlik yoluxanların sayında azalma və sağalanların sayında çoxalma müşahidə olunarsa, növbəti yumşalmada toyların keçirilməsinə icazə verilə bilərmi?
 
Bununla bağlı danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda  5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Artıq son günlərdə gündəlik yoluxanların statistikasında azalmalar, sağalanların sayında isə çoxalma müşahidə olunur.
 
Dünən hətta sağalanların sayı yoluxanlardan xeyli çox idi. Bu da insanlarımızın qoyulan qaydalara  və verilən tövsiyələrə əməl etdiyini göstərir. Düşünürəm ki, növbəti 2 həftəlik sərt karantin rejimində də gündəlik yoluxanların sayında azalma dinamikası belə davam edərsə, növbəti yumşalmada müəyyən qaydalara əməl etməklə toyların keçirilməsi məsələsinə baxıla bilər. Təbii ki, hər şey insanlarımızdan asılı olacaq. Əgər vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, sosial məsafəni qoruyarsa, biz tədbiq edilən sərt karantin rejimində daha müsbət nəticələr əldə edərək, normal həyatımıza qayıda bilərik”.
Konkret.az

Paylaş: