Dimdiyi ot görməmiş beçə yeyən müğənnimiz - Mələməmiş çəpiş yeyir
Tarix: 19-10-2017, 16:34


“Space” kanalında yayımlanan “Nahara qədər” proqramında maraqlı anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, verilişin bu dəfəki qonağı müğənni Sədaqət Ulduz olub. Verlişin aparıcısı Şəbhəm Həsənova müğənniyə müraciət edərək, onunla bağlı maraqlı informasiyanı bölüşüb:
“Eşitmişəm, hər qidanı yemirsən. Dimdiyi ot görməmiş beçə, mələməmiş çəpiş yeyirsən. Bunlar doğrudurmu? Bu sənin həyatını çətinləşdirmirmi?"
S.Ulduz isə aparıcının onun haqqında bu qədər informasiyalı olmasına təəccüblənib:
“Mənim haqqımda hər şeyi öyrənmisiniz ki... Bəli, beçə, quzu əti yeyirəm. Məsələn, heç vax çəpiş, yumurtlamış toyuq, dişi heyvanların ətini sevmirəm və yemirəm. Və ətin uzaqdan hansı heyvana aid olduğunu da seçə bilirəm".
Xatırladaq ki, “Nahara qədər” verilişi aparıcı Şəbnəm Həsənovanın təqdimatında həftə içi hər gün 11:00-da yayımlanır.

Paylaş: