Məşhur aktrisa evində ölü tapıldı
Tarix: 19-10-2017, 16:23


Avropanın ən məşhur aktrisalarından biri olan Danielle Darrieux dünyasını dəyişib. 
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 100 yaşını may ayında qeyd edən aktrisa Fransanın cənubunda yerləşən evində ölü tapılıb. 
Bildirilib ki, Darye bir müddət əvvəl huşunu itirərək yıxılıb və həmin gündən sonra səhhətində problemlər yaranmağa başlayıb.
Xatırladaq ki, fransalı aktrisa SSRİ-də də kifayət qədər tanınıb. O, 140-dan çox filmə çəkilib. 
 





Paylaş: