"Məni də rayona dəvət edirlər, getməyə şəraitim də var"
Tarix: 15-07-2020, 16:55



Meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin birində qonaq olub. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı rayonlara üz tutan və əyləncəli paylaşımlar edən sənət adamlarını tənqid edib: "Biz məşhurlar gərək insanları qıcıqlandırmayaq. Sosial şəbəkədə baxıram ki, tanınmış insanlar aşırı əyləncə göstərirlər. Rayona gedirlər, istirahət edirlər və onu paylaşırlar. İctimai insan bunu etməz. Düşünürəm ki, bəziləri özünü sənət adamı hesab etmir, özlərini ictimai insan kimi görmürlər. Məni də rayona dəvət edirlər, getməyə şəraitim də var. Amma dözürəm, evdə otururam. Mən də tamaşaçı kimi baxıb stresə düşürəm, əsəbiləşirəm. Düşünürəm ki, hamı gedir, mən niyə oturum? Görün adi tamaşaçı necə stress yaşayır".

Paylaş: