"Şəhidin üzərində nə haqqımız var ki, halal edək?"
Tarix: 15-07-2020, 15:23



Millət vəkili Aqil Abbas Xəzər Tv-də yayımlanan "5də 5" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı deputata son günlər ölkədə baş verən erməni təxribatından və şəhidlərimizdən danışıb. Millət vəkili şəhidlərin dəfn olunarkən işlədilən sözə münasibətini bildirib:

"Şəhidi dəfn edirlər molla deyir ki, haqqınızı halal edin. Camaat da deyir, halal etdik. sənin onun üstündə haqqın var ki, halal edəsən?! Mənim o şəhidin üstündə nə haqqım var ki, halal edim. Şəhiddən soruşmalıdırlar ki, haqqını halal edirsənmi bu millətə?! Şəhidlərin heç biri bizə haqqın halal etmir."



Paylaş: