“Ailəli olsaq da, onunla bir-birimizi gizli sevirdik”
Tarix: 15-07-2020, 14:14



Xalq artisti Nazpəri Dostəliyeva "Ay Zaur" verilişində qonaq olub. 
Musavat.com xəbər verir ki, sənətçi mərhum əməkdar artist Məmmədbağır Bağırzadə ilə biri-birlərini sevdiyini bildirib:
"Mən uşaqkən qadın toylarına gedirdim. Məmməbağır Bağırzadənin dörd-beş bacısı var idi. Hamısının qadın toylarını mən eləmişdim. O zaman toylara gedəndə hər kəs məni öz övladı ilə evləndirmək istəyirdi.
Belə bir fikir Məmmədbağır Bağırzadənin ailəsində də yaranmışdı. Sonra illər keçdi, toylara getmədim. Bu sevgi Məmmədbağırın qəlbində qalmışdı. Sonradan ikimiz də ailə qurduq. Amma o sevgi unudulmaz sevgi kimi ikimizin qəlbində illərlə yaşadı”.

Xalq artisti aparıcının "Bəs, niyə münasibətinizi açıqlaya bilmədiniz?" sualına: "Çünki hər iki tərəfdən razılıq olmadı. Sevgi onun həyatının sonuna və bu günə qədər hörmət, izzət kimi qalıb. O, mənə çox mahnılar həsr edib, "Naz-naz" və sair" - deyə, cavab verib.

Paylaş: