“Çətin günlərin ömrünə az qalıb”
Tarix: 15-07-2020, 11:27



Aparıcı Azər Zahid tətildən, istirahət etdiyi hovuzdan sosial şəbəkədə şəkil paylaşanları tənqid edib. UlduzumSan.Az-ın məlumatına görə, o, bu haqda "İnstagram" hesabında yazıb: "Bu dəqiqələrdə insanlarımız, vətəndaşlarımız daha həssas olmalıdır. Mən də bağda, hovuzda və ya dostlarımın bağında əylənib, şəkil çəkdirə bilərəm. Amma bunu etməmişəm.
İnsanlar var ki, evlərində yalnız kondisioner yandırır, elələri var ki, heç kondisionerləri də yoxdur, bəziləri isə bir neçə nəfər bir evdə yaşayırlar. Hər kəs bir-birinə dəstək olmalıdır. Bu çətin günlərin ömrünə az qalıb".

Paylaş: