“Yürüş səhv addım idi, provakasiya idi” - Mirşahin
Tarix: 15-07-2020, 08:58



“Yürüş səhv addım idi. Provakasiya idi. Qaragüruhun idarə olunmazlaşacağı bəlli idi. Meydan Tv, Azad Söz və s. "tv"-lər ortaya elə belə çıxmamışdılar! "Orduya dəstək vermək!"- bu-indi evdə oturmaq, sms-lə icazə almadan küçəyə çıxmamaq, maska taxmaq, sosial məsafə saxlamaq olmalıdır!”.
“Yeni Sabah” xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O, bildirib ki, küçələrə çıxıb milləti risk altına atmaq olmaz:
“DTX yəqin ki, gecə baş verənləri dərindən araşdıracaq, bütün yerli "qaponlar" qanun qarşısında cavab verəcəklər! 90-92-nin xaosunun nəfəsini birdəfəlik kəsməliyik və kəsəcəyik! Şəhidlərimizin qarşısında baş əyirik. Amma dövlət qarşısında başıaşağı olmağı heç kimə arzulamıram!”.

Paylaş: