"Mən Azərbaycan əsgərinə çox inanıram"
Tarix: 15-07-2020, 08:15



“Sözün düzü, bu günki günü mən Azərbaycan əsgərinə çox inanıram, torpaqlarımız da işğaldan azad ediləcək, ancaq bu cür təxribatların qarşısı alınmalıdır ki, ermənilər Azərbaycan ordusunun gücünü hiss etsinlər”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, hərbi vətənpərvərlik mahnılarının müəllifi Mübariz Tağıyev deyib. 

O, təxribata cəhd edən düşmənə layiqli cavab verməyin vacib olduğunu bildirib:

“Mən diplomat deyiləm, bunu siyasətlə məşğul olan adamlar daha yaxşı bilər. Amma mənə elə gəlir ki, ermənilərin Tovuz istiqamətində törətdiyi təxribatın bir səbəbi var. Nə etməyin gərəkdiyini başda Ali Baş Komandanımız olmaqla, hərbçilərimiz bilirlər. Ona görə də bu məsələlərə adi insanların münasibət bildirməsi yanlış olardı. Torpaqlarımızın işağldan azad edilməsiylə bağlı müxtəlif cür problemlər var və bunlar da bir-biriylə zəncirvari şəkildə bağlıdır. Sözün düzü, bu günki günü mən Azərbaycan əsgərinə çox inanıram, torpaqlarımız da işğaldan azad ediləcək, bu cür təxribatların qarşısı alınmalıdır ki, ermənilər Azərbaycan ordusunun gücünü hiss etsinlər. Düşünülmüş addım atmalıyıq. Dörd tərəfimiz olan qonşularımızdan bizi istəyən də var, istəməyən də. Bu günki günü bu oyunların içində oyuncaq olmalı deyilik. Azərbaycanın güclü ordusu var, lazım olsa, qocasından-cavanına kimi hamı torpaqların azad edilməsi istiqamətində son nəfəslərinə qədər döyüşəcəklər. Şəhid olan gənclərimizi, zabitlərimizə Allah rəhmət eləsin. Canlarını vətən yolunda qurban verdilər. Valideynlərinə başsağlığı verirəm”. 

Paylaş: