DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Tarix: 14-07-2020, 20:03



İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.
Daxili İşlər Nazirliyindən DİA.AZ-a verilən məlumatda deyilir ki, sürücü Bakı şəhər sakini Aynurə Surinin və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib. Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşlar.

Paylaş: