Məşhur aparıcı vəfat etdi
Tarix: 14-07-2020, 14:42



"Discovery Channel"də yayımlanan və dünya miqyasında böyük heyran kütləsinə malik "Mytbusters" proqramının aparıcısı yapon əsilli Qrant İmahara vəfat edib.
 
Primetime.az xəbər verir ki, 49 yaşlı aparıcının ölümü ilə bağlı "Discovery Channel" məlumat yayıb. Məlumatda "Qrantın ölümü bizi çox təəssüfləndirdi. O, Discovery ailəmizin önəmli parçasıydı və möhtəşəm insan idi. Dualarımız ailəsiylədir" - deyə qeyd olunub.
 
Qeyd edək ki, İmahara həm də "Netflix"in "Whit Rabbit Project” proqramlarının aparıcısı olub.

Paylaş: