"Psixoloji əziyyət çəkirdim"
Tarix: 14-07-2020, 13:03



"33 sual" rubrikasının qonağı Xalq artisti Tünzalə Ağayeva olub. 
UlduzumSan.Az-ın məlumatına görə, o, aparıcının suallarını cavablandırıb. Şəxsi həyatından danışan ifaçı bildirib ki, boşanma xəbərinin gündəmə gəlməsi ona qarşı "qara piar" olub: "Həyatımızda müsbət və ya mənfi dəyişiklik olanda saçımıza əl atırıq. Çox qadınlar boşananda, sevgilisindən ayrılanda saçlarını kəsdirir.
Hər zaman istəmişəm ki, həm sənətimdə, həm də şəxsi həyatımda xoşbəxt olum. Ana, qadın kimi də məmnunam. Açıq ortaya tökməsəm də... Mənim də həyatımda məlum səbəblər oldu ki, gündəmə çıxdı. Bu, "qara piar"ım deyildi. Qəsdən də etməmişdim. Psixoloji əziyyət çəkirdim. Sonra başa düşdülər ki, Tünzalə üçün boş oldu. Tünzalə ailəlidir, ayrıldı, "qara piar"ımda yer aldı. Bundan istifadə etdilər. Mənəvi əziyyət çəkdim, yalan deyərəm ki, vecimə almadım. Amma çıxdı getdi, izi qalmadı. Keçdiyim yol, keçmiş kimi baxıram".
Müğənni "Altın kelebek" mükafatlandırmasına namizəd olmamasının səbəblərini açıqlayıb: "Dəvət olub, Yalçın (prodüseri Yalçın Cabbarov - red.) oradakı şərtləri istəməyib. Dəxlisiz şərtlər var. Öyrəşməmişik bizə şərt qoysunlar. Əgər orada olan nəsə Yalçının xoşuna gəlmirsə, heç mənə demir. Ora mənim üçün heç əhəmiyyətli deyil".



Paylaş: