"Allah bizə səbir verməsin"
Tarix: 14-07-2020, 12:20



Ötən gün mənfur düşmənlərimiz Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq təxribata əl atıb. Bu zaman Ermənistan silahlı qüvvələri mövqelərimizi ələ keçirmək üçün artilleriya atəşlərindən istifadə ediblər. Qəhrəman əsgərlərimiz xain qonşularımızı layiqincə susdurublar. Dünəndən bəri davam edən döyüşlər xalqın yaralı qəlbində hüznlə qarışıq zəfərə inam toxumları göyərdib. Millətimiz müharibə ab-havası ilə birlik şəkildə işğalçılara qarşı mübarizə aparır.

 Biz də media mənsubları olaraq bu şanlı savaşın söz cəbhəsində layiqincə dayanmağa çalışırıq. “Sherg.az” da oxucularını ruhlandırmaq məqsədilə “Zəfərə doğru” adlı rubrika hazırlayıb. 

İlk olaraq tanınmış xanəndə Mənsum İbrahimovla əlaqə saxlayaraq, dəstək mesajını öyrəndik. Xalq artisti söyləyib ki, baş verən prosesləri diqqətlə izləyir: 

“Tanrı ordumuza qüvvət versin. Onlara güvənirik, çünki 90-cı illərdən fərqli olaraq güclü, peşəkar ordumuz var. Təbii ki, şəhidlərimizə görə üzüldük. Allah onların ruhunu şad, məkanlarını cənnət etsin. Bəlkə də torpaqlarımızı işğaldan azad etmək üçün bir fürsətdir.

Allah bizə bu məsələdə səbr verməsin. Çünki uzun illər keçib, nəsillər böyüyüb. Görünür, həmin müddət ərzində danışıqların heç bir nəticəsi olmayıb”. 

Sevilən sənətkar ordumuza dəstək olmağın önəmindən də söz açıb: “Xalq olaraq ordumuzun arxasında dayanmalıyıq. Yeri gəlmişkən hər kəsdən xahiş edirəm. Sosial şəbəkələrdə artıq-əksik şeylər yazmasınlar. Düşmənin təxribatına uymasınlar, ancaq rəsmi məlumatlara inansınlar.

Onu da qeyd edim ki, ən böyük virus ermənilərdir. Neçə illərdir ki, bunlarla mübarizə aparırıq. Torpaqlarımızdan qovub çıxarmalıyıq, başqa yolu yoxdur. Allah əsgərimizi qorusun!”.

Paylaş: