"Hamı kimi mən də narahatam, yalnız rəsmi xəbərləri izləyirəm" - Şəmistan Əlizamanlı
Tarix: 14-07-2020, 12:12



“Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara inanmaq lazımdır".
Bunu “MediaPost”a açıqlamasında Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.
O bildirib ki, hazırda Azərbaycan Ordusu cəbhədə öz gücünü göstərir və ehtiyatda olan zabit kimi həmişə ordunun yanındadır:
“Həmişə ordumuzun gücünə inanıram, apardığı mübarizəni dəstəkləyirəm. Ancaq belə bir vaxtda cəbhədəki vəziyyətlə bağlı bilərəkdən, yaxud bilməyərəkdən şayiələr yayılır. Mən həssas insanlara, əsgər və zabit ailələrinə demək istəyirəm ki, şayiələrə inanmayın. Bütün xəbərləri Müdafiə Nazirliyinin saytından öyrənmək lazımdır. Səbirli olun, hər şey yaxşı olacaq".  
Ş. Əlizamanlı işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inandığını deyib. Onun fikrincə, ordumuz cəbhənin bütün istiqamətlərində düşmənə layiqli cavab verir: “Mən Orduma, Əsgərimə güvənirəm! Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılarımıza şəfa diləyirəm.
Hamı kimi mən də narahatam, yalnız rəsmi xəbərləri izləyirəm. Bilirəm ki, bu gün düşmənin bütün hücumlarının qarşısı lazımi şəkildə alınır. Siz də səbirli olun, hər şey yaxşı olacaq".

Paylaş: