"Nəyisə səhv edəndə, qabaqdangəlmişlik edirəm ki, bunu düz etmədm"
Tarix: 14-07-2020, 11:34



İTV-də yayımlanan "Gəl qonaq ol" proqramı bu dəfə Əməkdar artist Dilarə Əliyevanın evində çəkiliş edib.
Axşam.az xəbər verir ki, aktrisa həyat yoldaşı, övladı və qayınatası, Xalq artisti Vidadi Əliyevlə kamera qarşısına keçib.

"Dilarə ilk gəlinim idi. Toy edəndə narahat idim ki, necə olacaq? Amma evə gələn kimi elə öyrəşdi, hərəkətlər etdi ki, oldu evin qızı. Qızım yox idi, mənə qız olub" deyə, qayınatası gəlini haqda danışıb.

Dilarə isə ailəsindən, qayınanası, Xalq artisti Elmira İsmayılovadan söz açıb:

"Bu evə gəlin yox, qız kimi gəldim. Hər şeydə gözəllik görməyi bacarıram. Nəyisə səhv edəndə, qabaqdangəlmişlik edirəm ki, bunu düz etmədm. Dayanın düzəldəcəm. Bu siyasəti işlədirəm. 14 il qayınanamla bir yaşamışıq. Bir dəfə çox tədbirlər, çəkilişlər oldu, evdə çox olmurdum. Səhəri uşaq məktəbə gedəcəkdi, sentyabrın 15 idi. Bir yaxınımın isə toyuna getməliyəm. Qayınanam dedi ki, getməyəcəksən, otur uşağı məktəbə hazırla. O, nəyəsə yox deyirsə, Oktay (həyat yoldaşı Oktay Əliyev - red.) icazə versə də, gedə bilmərəm. Oturdum evdə, axşam saat 9-du, taleyimlə barışdım ki, toya getmədim. Deyirəm ki, nətər qoymadın ey gedim. Amma mənə də halaldır, oturdum evdə. İndi biz onu yumor kimi danışırıq. Ona görə də biz mehribanıq".

"Qayınanam "yox" deyirsə, heç yerə gedə bilmərəm" - Dilarə Əliyeva - FOTO

Paylaş: