Qalkindən Puqaçovaya kənd evində şəxsi SPA mərkəzi
Tarix: 14-07-2020, 10:40




Komediya ustası və teleaparıcı Maksim Qalkin həyat yoldaşı Alla Pugaçova və uşaqları Liza və Harri ilə birlikdə Qryaz kəndində tikdirdikləri malikanədə yaşayırlar. Burada çoxsaylı yataq və qonaq otaqları, xüsusi camaşırxana, səsyazma studiyası və konsert salonundan əlavə, daha bir maraqlı yerin olduğu da məlum olub.

Qalkindən Puqaçovaya kənd evində şəxsi SPA mərkəzi - VİDEO

BiG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, Qalkin malikanənin içərisində sevgilisi üçün SPA salonu da tikdirib.

Düzdür, onun "İnstagram" səhifəsinə yüklədiyi videodan göründüyü kimi, Maksimin özü də uşaqlarla burada əylənməyi sevir.

Onların çimdiyi geniş hovuz hidromasajla təchiz olunub, kənarda məşq trenajorları quraşdırılıb. Burada cakuzi də mövcuddur.


Paylaş: