Emin Ağalarov da Tovuza hücuma REAKSİYA VERDİ - Şəhidlərə rəhmət dilədi
Tarix: 14-07-2020, 10:34



Xalq artisti Emin Ağalarov ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərlə bağlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş zamanı bir neçə əsgərimiz şəhid olub.

Ağalarov İnstaqram hesabında hekayə bölümündə Azərbaycan bayrağını yayımlayaraq "Allah şəhidlərimizə rəhmət eləsin" qısa şərhini yazıb.

Emin Ağalarovdan şəhidlərlə bağlı paylaşım

Paylaş: