Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Tarix: 13-07-2020, 17:47



Tanınmış fitnes məşqçisi Kamil Zeynallı yaralı əsgərlərə qan lazım olmadığını bildirib. 
Yenisabah.az xəbər verir ki, idmançı sosial şəbəkələrdə bəzi səhifələrin insanları aldatdığını deyib: "Onu da deyim ki, bəzi səhifələr yaralı əsgərlərə qan lazım olduğunu yazır. Biz gecə hospitala qan vermək üçün getdik. Orada bizə dedilər ki, heç kimə qan lazım deyil, hər şey var və yüksək səviyyədədir. Səhifələrdə kod atırlar, nömrə atırlar, filan qrup qan lazımdır yazırlar. İnanmayın, yalan söhbətdir". 
Qeyd edək ki, İyulun 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən atışmalarda Azərbaycanın bir neçə hərbçisi həlak olub və yaralanıb. 

Paylaş: