"Jerarım gəldi, əsgərliyini çəkdi"
Tarix: 13-07-2020, 12:33



Müğənni Roza Zərgərlinin oğlu Jerar hərbi xidmətdən geri dönüb. 
UlduzumSan.Az-ın məlumatına görə, bu haqda sənətçinin özü məlumat verib. Belə ki, Zərgərli övladı ilə videosunu sosial şəbəkədə yayımlayıb. R.Zərgərli bildirib ki, 1 il 6 aydan sonra oğlu evə qayıdıb: "Deyirlər, zaman tez keçir, övladlar böyüyür. Jerarım gəldi, əsgərliyini çəkdi. İndi qaldı universiteti".



Paylaş: