Con Travoltanın həyat yoldaşı vəfat etdi
Tarix: 13-07-2020, 11:10



Hollivud ulduzu Con Travoltanın həyat yoldaşı, amerikalı aktrisa Kelli Preston 57 yaşında vəfat edib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə Travolta özünün "İnstagram" səhifəsində yazıb.

Con Travoltanın həyat yoldaşı vəfat etdi - FOTO

Aktyorun sözlərinə əsasən, Prestonun ölümünə döş xərçəngi səbəb olub. O, iki il xərçənglə mübarizə aparıb:

Con Travoltanın həyat yoldaşı vəfat etdi - FOTO

"Dərin hüznlə bildirirəm ki, gözəl həyat yoldaşım Kelli döş xərçəngi ilə iki il davam edən mübarizədən sonra dünyasını dəyişib. O, hər tərəfdən sevgi və dəstək gördüyü halda, həyatı uğrunda cəsarətlə mübarizə aparıb. Ailəm və mən həkimlərə, tibb bacılarına və bizə kömək edən bütün tibb mərkəzlərinə sonsuz təşəkkür edirik", - deyə 66 yaşlı Travolta sosial şəbəkədə yazıb.

Preston "İtirəcək heç nə yox", "Cerri Maquayer", "Əkizlər", "Qaç" və "Ölüm hökmü" kimi filmlərdə rol alıb. Aktrisa 1991-ci ildə Con Travolta ilə ailə qurub, tanışlıqları isə iki il öncə "Ekspertlər" komediyasının çəkilişləri zamanı baş tutub. Aktyorla evlilikdən üç övladı dünyaya gəlib: 20 yaşlı qızı Ella, doqquz yaşlı Benjamin və 2009-cu ilin yanvarında 16 yaşında dünyasını dəyişən oğlu Cett.

Con Travoltanın həyat yoldaşı vəfat etdi - FOTO

Con Travoltanın həyat yoldaşı vəfat etdi - FOTO

Con Travoltanın həyat yoldaşı vəfat etdi - FOTO

Paylaş: