Roya Əsmər nənəyə söz verdiyi evi tikdirib hədiyyə etdi
Tarix: 13-07-2020, 10:32



Xalq artisti Röya Ayxan ötən ilin sonunda sosial şəbəkələrdə gündəm olan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirib.
 
Primetime.az xəbər verir ki, Qazaxın Quşçu Ayrım sakinin mənzili tamamilə hazır edilib. Ev 160 kvadrat metr ərazidə tikilib, üç otaq, bir mətbəxt, sanitar qovşağı və ümumi zaldan ibarətdir. Ə.Cəfərovanın hazırda yaşadığı məkan onun və övladlarının xatirəsi olduğu üçün sökülməyib və yanında yeni ikimərtəbəli mənzil tikilib.
 
Sənətçi instaqramda görüntülər paylaşaraq evin tam hazır olduğunu qeyd edib:
 
“Yəqin ki, yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdı. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildilk. Bütöv Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. Prezidentimiz cənab İlham Əliyeva minnətdaram. Ona görə ki, bizə imkan yaradır, biz də atalara, analara, qocalara yardım göstəririk. Onsuz da, Dövlətimiz lazımı olan bütün köməkliyi göstərir. Mən də bir vətəndaş kimi borcumu yerinə yetirirəm. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”.



Paylaş: