Xatun da atışmadan danışdı
Tarix: 13-07-2020, 10:00



Müğənni Xatun Əliyeva cəbhədə baş verən atışmadan danışıb. 
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi sosial media hesabında bu gün olanları belə şərh edib: "Bu çətin dönəmdə Vətən yolunda 3 hərbiçimizi şəhid verdik. Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirəm".
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Nəticədə 3 hərbiçimiz şəhid olub.

Paylaş: