Əmlak Komitəsindən Könül Kərimovaya CAVAB: “İzah etdik, amma bizi məhkəməyə verdi”
Tarix: 19-10-2017, 10:50


Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib.
 
Məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
 
Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov  Modern.az-aaçıqlamasında məsələyə aydınlıq gətirib:
 
“Könül Kərimova may ayında bələdiyyə tərəfindən aldığı əlavə torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Komitəsinə müraciət etmişdi. Lakin araşdırma zamanı məlum olub ki, həmin torpaq sahəsi  bələdiyyə torpağı deyil və  Bağlar İdarəsinə aiddir. Bələdiyyənin bu torpaq sahəsinə görə sənəd verməyə heç bir hüququ yoxdur.
Bu haqda rəsmi qaydada Könül Kərimovaya müvafiq cavab verilib və məsələ izah edilib. Buna baxmayaraq Könül Kərimova  Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib”.

Paylaş: