"Şükür Allaha, səhhətimdə irəliləyişlər var"
Tarix: 11-07-2020, 08:30



Xəbər verdiyimiz kimi iyunun 30-da koronavirus pandemiyasına yoluxuduğu üçün xəstəxanaya yerləşdirilən Əməkdar artist Ədilə Əflakinin səhhətində irəliləyişlər var.

Moderator.az-a açıqlamasında Ə.Əflaki buna görə başda həkimlər olmaqla, ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Şükür Allaha, səhhətimdə irəliləyişlər var. Təngnəfəsliyim düzəlib, artıq temperaturum yoxdur. Bir az təzyiqim var, müalicələrim davam edir, hələ iyulun 20-dək xəstəxanada qalacam. Həkimlərin sözlərinə görə ağ ciyərimdə sağ kürəcikdə hələ iltihab qurumayıb və o düzəlməyənə qədər xəstəxanada qalmalı olacam. Əvvəl xəstəxanaya yerləşdiriləndə çox pis idim, heç ayağa qalxa bilmirdim. Şükür Allaha ki, həkimlərin səyi nəticəsində özümə gəldim. Səhhətim yaxşılığa doğru gedir. Qənirə xanım Paşayevə məni bura yerləşdirdi, çox sağ olsun. Sizlərə də təşəkkür edirəm, ona görə ki, həmişə məni diqqətdə saxlayırsınız. Allah sizlərə də can sağlığı versin. Ailənizi və özünüzü qoruyun, həqiqətən də koronavirus var. Siz keçən dəfə açıqlamamı verəndən sonra bir çox yerlərdən zəng vurub mənimlə maraqlandılar. Hazırda ev məsələmlə də məşğul olurlar, ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Paylaş: