"İndiki bədən quruluşum vecimə deyil"
Tarix: 10-07-2020, 15:24




"Hamiləlikdən öncə və sonra. Bir qadın uşaqdan sonra ancaq bu qədər dəyişə bilər. İnanın mənə, aldığım kilolar mənə olmayan o gözəl geyimlər, dəyişən bədən quruluşu, heç nə belə vecimə deyil. Nə yaxşı ki, ana olmuşam, nə yaxşı ki, övladım var və zamanla bütün çəkilərdən qurtulacam".
 
Primetime.az xəbər verir ki, bu sözləri ailə qurub Türkiyəyə köçən aktrisa Cəmilə Tağızadə sosial şəbəkədə qeyd edib. O, ana olduqdan sonra aldığı çəkiləri heç də özünə dərd etmədiyini bildirib:
 
"Əvvəlki bədənimə tam geri dönməsəm də dönə biləcəyəm. Niyə əvvəlki kimi ola bilməyəcəm? Çünki ayaqlarımda damarlar çıxıb, varikoz genişlənməsi var, beldə "qrija" yarandı, bədəndə düşündüyümdən də çox yırtılmalar oldu və istifadə etdiyim krem və yağlar fayda etmədi. 
 
Necə deyərlər, olacağa çarə yoxdur. Canımız və balalarımız sağ olsun! Mən övladımla keçirdiyim hər anın dəyərini bilməyə çalışıram və heç kilolarım yoxmuş kimi həyatımı yaşayıram. Zamanla hər şey düzələcək. Doğumdan sonra kilo alan analar üzülməyin. Önəmli olan övladınızın sağlam böyütmək, ona ana südü verə bilirsizsə, süddən məhrum etməmək, ona bol sevgi ötürməkdir. Analıq fədakarlıqdır. Arzusunda olan hər kəsə Allah övlad payı yetirsin. Amin. 
 
Kiloları verdikdən sonra yenidən bu cür fotonu paylaşıb, kilolu və kilosuz halım deyib, paylaşmağı da səbrsizliklə gözləyirəm".
 
Qeyd edək ki, C.Tağızadə 2017-ci ildə Murad Təmiz adlı həkimlə ailə qurub və İstanbula köçüb.
 

 

 


Paylaş: