"Behzat Ç." yeni serial ilə geri qayıdır!
Tarix: 10-07-2020, 14:43



Canlandırdığı “Behzat Ç.” obrazı ilə çox sevilən Erdal Beşikçioğlu yeni serial ilə ekranlara geri qayıtmağa hazırlaşır.

BiG.AZ xəbər verir ki, 50 yaşlı məşhur aktyor yeni sezonda başlayacaq “Yarın Annen Olacak” adlı serialda baş rolu ifa edəcək.

Ekran işinin baş rol aktriası isə son olaraq “Afili Aşk” serialında çəkilən Burcu Özberk olacaq.
“Yarın Annen Olacak” serialı sentyabr ayında “Fox TV” kanalında yayıma başlayacaq.

Paylaş: