"İngilis dilindən də anlayışım var"
Tarix: 10-07-2020, 14:26



Dövrümüzün ən ümdə məsələlərindən biri başqa dillərdə danışa bilməkdir. Müasir texnologiyalar erasında yaranıb, təşəkkül tapmış sosial şəbəkə platformalarında müxtəlif xalqlardan insanlarla rastlaşır, ünsiyyətdə oluruq. Elə bu səbəbdən də bir və bir neçə əcnəbi dil bilmək  böyük əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, vətənimizi xarici auditoriyalarda layiqincə təmsil etmək üçün dünyəvi dilləri yüksək səviyyədə öyrənmək lazımdır. 

Bəs gəlin görək bizim sənət adamları neçə dildə danışa bilirlər?

“Sherg.az”ın sorğusuna ilk olaraq cavab verən sevilən müğənni, xalq artisti Röya Ayxan bildiyi dilləri sadalayıb:

“Azərbaycan, türk, rus dilində danışıram. İngilis dilindən də anlayışım var”.



Hind rəqslərinin mahir ifaçısı, aktrisa  Oksana Rəsulova xeyli əcnəbi dil bilir:

“Azərbaycan, türk,rus, ingilis, hind və urdum dillərini bilirəm. Bir az da farscanı başa düşürəm”



Tanınmış müğənni Xuraman Şuşalı isə suala belə cavab verib:

Cəmi iki dil bilirəm: Azərbaycan və rus. Türkcə də dilimizə yaxın olduğu üçün  deməyə ehtiyac yoxdur. Həm də istəyirəm ki, övladlarım ingilis dilində danışa bilsinlər.  Ona görə ingiliscə öyrənməyə  çalışıram.



Xalq artisti Tünzalə Ağayeva rus, ingilis dillərini mükəmməl bildiyini söyləyib:

“Həmçinin türkcə də yaxşı danışıram”.

Paylaş: