Günay eks-ərini məhkəməyə verdi - Alimentlə razılaşmır
Tarix: 19-10-2017, 10:03


Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva eks-əri Tolqa Kareli məhkəməyə verib.
“Qafazinfo” xəbər verir ki, Musayeva oğlu Cahangirə ayrılan alimentin artırılması ilə bağlı belə bir addım atıb. 
Ötən gün baş tutan ilk məhkəmə prosesində hər iki tərəfin vəkilləri iştirak edib. 
İstanbul Ailə Məhkəməsində Günayın vəkili çıxış edərək Cahangir üçün ayrılan 500 TL-nin artırılması barədə çıxış edib. O, Karelin alimenti vaxtı vaxtında ödəmədiyini də iddia edib. 




Paylaş: