Arif Quliyev "Maşın şou"dan niyə çıxdığını canlı yayımda açıqladı - VİDEO
Tarix: 18-10-2017, 10:46


Səhhətində yaranan problemlərə görə “Maşın şou”dan uzaqlaşan xalq artisti Arif Quliyev “APA TV”-nin “Show time” verilişində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, canlı yayımda qonaq olan aktyor bildirib ki, səhhəti yaxşılığa doğru irəliləyir: “Bir balaca təzyiqim oldu, əlimi çəkib oturdum stolda. Sonra həkim çağırdılar. Təzyiqimlə əlaqədar “Maşın şou”dan uzaqlaşmışam. Başqa bir səbəb yox idi”.  
 
A.Quliyev bir neçə gün öncə “Pişik” Günelin söylədiyi “Arif müəllim Vüsalə Kərimovaya görə yarışdan getdi” sözlərinə münasibət bildirib: “Yox, qətiyyən belə bir şey olmayıb. Vüsaləyə hörmətim var. Mənə elə gəlir ki, maşını o qazanacaq. Favoritim odur”. 



Paylaş: