Oğlundan Elçinə ad günü təbriki...
Tarix: 18-10-2017, 10:28


Bu gün tanınmış müğənni Elçin Cəfərovun doğum günüdür.


lady gaga


33 yaşı tamam olan ifaçı ilk təbriki oğlu Candan alıb.
Bu barədə E.Cəfərovun özü şəkil paylaşaraq məlumat verib.
O, oğlunun köynəyinin üzərində müğənni üçün xüsusi yazılmış “Ad günün mübarək dünyanın ən “şirin” atası” təbrikini paylaşıb və sevincini bu sözlərlə dilə gətirib:
“Ən gözəl təbriki bu yaşımda aldım. Allahın böyüklüyünə çox şükür”.
Qeyd edək ki, E.Cəfərov keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı Aydanla ötən ilin aprelində ailə qurub.
Cütlüyün bu ilin iyun ayında Can adını verdikləri oğlu dünyaya gəlib.
Prime-Time

Paylaş: