“Musiqinin içində “xəşilləşmə“ gedir” – Əməkdar artist
Tarix: 7-07-2020, 16:42



Əməkdar artist Vasif Məhərrəmli Space telekanalında yayımlanan "Axşam-axşam" proqramında qonaq olub. 
Yenisabah.az xəbər verir ki, sənətçi şou-biznesdəki kateqoriyalardan bəhs edib: "Bir zamanlar şou-biznesdə kateqoriya var idi: A, B,C... Son vaxtlar aləm dəydi bir-birinə: A gəldi B-ni, C gəldi hamısını keçdi. Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu. Hər sözü söz edirlər. Ona görə də danışanda o qədər ehtiyatla yanaşmaq istəyirsən ki, amma mümkün deyil. Yenə deyəcəm... Bədii səviyyə də düşüb aşağı. 1990-cı illərdən 2000-ci ilə qədər toylarda hansı mahnıları oynayırdıq... Son vaxtlar isə meyxanadır. Meyxana başqadır, musiqi başqa, bilinmir nədir. Musiqinin içində bir "xəşilləşmə" gedir. Ona görə də kateqoriya pozuldu".

Paylaş: