“Niyə pinti ilə oturmalıyam, deməyəcəklər ayıbdır?” - Manaf Ağayev
Tarix: 7-07-2020, 16:07




Müğənni Manaf Ağayev yeni açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, "Axşam-axşam" verilişinin qonağı olan sənətçi dostu Vasif Məhərrəmlinin müdafiəsinə qalxıb: "Vasif demişdi ki, çirkli insanla bir yerdə oturmaram. Bu söhbəti başqa yerə yozdular. Düz deyir, nə olar müğənnisən, motor düzəldənsən, təmiz geyin. Burada söhbət təmizlikdən gedir, səviyyədən yox. Niyə pinti ilə oturmalıyam, deməyəcəklər ayıbdır?".
İfaçı daha sonra pandemiya ərəfəsində etdiyi yardımlardan söz açıb. O, karantin dövründə cibindən 15 min manatdan çox pul xərclədiyini deyib.

Paylaş: