"Nə onun ad günündən foto paylaşmışdım, nə də tort zakaz vermişdim" - Pərvin keçmiş sevgilisi Muradın işdən çıxmasından danışıdı
Tarix: 7-07-2020, 15:46




Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında canlı yayım edib.

BiG.AZ xəbər verir ki, aktrisaya izləyicilərindən biri "Niyə həmişə səninlə sevgili olan oğlanlar işdən qovulur?" deyə sual ünvanlayıb. Pərvin suala belə cavab verib:

"Oğlanlar yox, oğlan olub, biri qovulub. O da öz səhvi ucrbatından qovulub. Nə onun ad günündəki tortunu mən zakaz eləməmişdim, nə də onun ad günündəki videoları mən paylaşmamışdım. İnsan gərək əvvəlcədən özü düşünsün və insan bilməlidir ki kim ilə bir yerdədir. Əgər, sən məşhur bir insanla bir yerdəsənsə bilinməyini istəmirsənsə, tanınmağını istəmirsənsə bu qədər rahat davranmamalısan. Əgər, davranırsansa arxasında durmalısan. Yəni hərşeyi qızın üstünə atmaq lazım deyil. Oğlan əvvəl münasibət quranda bilir ki, kim ilə qurur. Yəni bu cür "tupoy- tupoy" suallara, söhbətlərə artıq son verin. Heçkim heçkimi zornan münasibətə məcbur eləməyib. Eliyib, qarşı tərəf eliyib. Mən tərəfdən yox".

Paylaş: