"Virusun simptomları olan işçilər ATV-yə buraxılmır"
Tarix: 7-07-2020, 14:35



“Azad Azərbaycan” televiziyasının (ATV) əməkdaşları arasında COVİD-19 simptomları olan şəxslər var. Onlar da test verib və cavabı gözləyirlər.
Bunu Axar.az-a açıqlamasında ATV-nin icraçı direktoru İsmayıl Həsənov deyib. O bildirib ki, virusun simptomları olan işçilər kanala buraxılmır:
“Testlərin cavabı yəqin ki, sabah günün sonuna kimi çıxar. Hazırda hansısa əməkdaşımızın virusa yoluxduğu təsdiqlənməyib”.
Qeyd edək ki, may ayında ATV-nin 6 əməkdaşının koronavirusa yoluxması barədə açıqlama verilmişdi.

Paylaş: