"Hamı depressiyadadır"- Günay
Tarix: 7-07-2020, 14:16



"Hamı depressiyadadır. Amma heç kim bunu hiss eləmir".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi son günlər paylaşımlarına yazdığı qəmli şərhlərlə diqqət çəkib. Günay karantinin uzanmasının hər kəsi depressiyaya saldığını vurğulayıb.

Digər bir paylaşımına isə İbrahimli "Həyat doğru cavabları olmayan bir imtahandır. Məntiqini, ağlını və duyğularını işlədənlər udur. Belə insanların arxasıyca yox, gözlərinə baxaraq danışmaq ürək istər. Baxışda deyil cəsarət. Əsən küləklə oynayan saçda da deyil... Nə oturuşda, nə duruşdadır... Ruhundur cəsur olan. Ona güvənin" deyə, yazıb.

Paylaş: