AzTV-nin daha bir əməkdaşının vəziyyəti ağırlaşdı - Koronavirusdan
Tarix: 7-07-2020, 13:45



Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) bağbanı Ramiz Nəcəfov koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, AzTV əməkdaşının vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, bu televiziyada yoluxma kütləvi hal alıb. Artıq yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində iki əməkdaş dünyasını dəyişib. Fikrət Adıgözəlli və Rövşən Binnətli isə xəstəxanaya yerləşdirilib. AzTV rəhbərliyi isə bu iddiaları dəfələrlə təkzib edib.

Paylaş: