Özcanın serialında baş rol ifaçısı məlum oldu
Tarix: 7-07-2020, 11:43



Özcan Denizin rejissoru və prodüseri olduğu “Seni Çok Bekledim” adlı serialın baş rol aktrisası müəyyənləşdi.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, yeni sezonda “Star TV”də yayımlanacaq serialda qadın baş rol ifaçısı İrem Helvacıoğlu olacaq.

30 yaşlı aktrisa İrem Helvacıoğlu “Muhteşem Yüzyıl”, “Kurtlar Vadisi Pusu”, “Güneşin Kızları” və “Sen Anlat Karadeniz” kimi məşhur seriallarda rol alıb.



Özcanın serialında baş rol ifaçısı məlum oldu – FOTO

Paylaş: