"Mənə heç vaxt əl qaldırmayıb"
Tarix: 7-07-2020, 11:03




Qarmon ifaçısı Gülbahar Şükürlü verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, proqramda ifaçının mərhum həyat yoldaşı Zahidlə görüntüləri yayımlanıb.
Verilişdə göz yaşlarını saxlaya bilməyən musiqiçi bu sözləri dilə gətirib: “Elə bir veriliş yoxdur ki, ağlamayım. Zahid vəfat etdikdən sonra mənim üçün həyat davam etmir. Həyat yoldaşımla 10-cu sinfi bitirən kimi ailə qurmuşuq. Mənə heç vaxt əl qaldırmayıb. Onun çox yaxşı xasiyyətləri var idi. Musiqini və şeiri sevirdi. Çox gözəl musiqi duyumu var idi”.



Paylaş: