Çağatayı o əvəz edəcək
Tarix: 6-07-2020, 17:57



Tezliklə başlayacaq olan “Barbaros” serialında sürpriz dəyişikliklər yaşanır.

BiG.AZ xəbər verir ki, çəkilişlərin başlamasına qısa bir müddət qalmış ekran işindən ayrılan məşhur aktyor Çağatay Ulusoyun yerinə artıq namizəd var.

Baş rol üçün gənc aktyor Alperen Duymaz ilə görüş keçirilib. Türk mediasının yazdığına görə son anda bir fikir dəyişikliyi olmasa, 27 yaşlı aktyor Çağatay Ulusoyun yerinə Barbaros Hayrettin Paşa obrazını canlandıracaq.

Qeyd edək ki, “Barbaros” serialı sentyabr ayında “TRT1” kanalında yayımlanacaq.

Paylaş: