"Övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər" - Brilliant məhkəmə ilə hədələdi
Tarix: 6-07-2020, 17:33




"Bütün dünyanı sarsıdan bu bəla bizim də ölkəmizi çətin vəziyyətə salıb. Hamımız stres içində yaxınlarımızı qorumağa çalışırıq. Hər gərgin hadisəni zarafatla sakitləşdirmək istəyən şəxslər adətən intelektual insanlardır".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb.
Sənətçi oğlu Cahadın sosial şəbəkədə "Fairmont" oteldə yaxalananlarla bağlı statusunun tənqid edilməsinə sərt reaksiya verib: "Sözbazlıq edib, kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm. Cahad "Fairmont" otelində bir neçə vətəndaşın etdiyi səhvi zarafatyana, istehza ilə şərhləndirib, paylaşıb. Buna görə Cahadın sözləri müəyyən insanlar tərəfindən təhrif edilib yerləşdirilib. Fəxr edirəm ki, oğlum yıxılana təpik vurmaq vərdişindən uzaqdır.
Cahad aztəminatlı ailələrdən olan şagirdlərin pul xərcləmədən inistituta hazırlaşması üçün öz maddi gücünə hazırladığı layihə çoxlarını qıcıqlandırıb. Övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər. Qanun var, o insanlarla vəkil məhkəmədə danışacaq".




Paylaş: