Ssenaristlər Ozan Güvenlə bağlı qərar qəbul etdi
Tarix: 6-07-2020, 17:32



Sevgilisi Deniz Bulutsuzu döyərək, ağır xəsarət yetirən aktyor Ozan Güvenə qarşı etirazlar davam edir.
Open.az xəbər verir ki, Türkiyənin tanınmış 112 ssenaristi açıqlama yayaraq film şirkətlərinə və televiziya kanallarına çağırış ediblər. Açıqlamada deyilir: "Ozan Güvenin davam edən iş ortaqlığının olduğu Ay Yayım, cmylmz Fikir Sanat və Nulook film şirkətləri başda olmaqla, bütün yapımcı, kanal, menecer və quruluşlarda çalışan səlahiyyətli şəxslərə müraciət edərək, şiddət nümayiş etdirən aktyora qarşı etiraz etməyinizi təklif edirik."
Deniz Bulutsuzun yanında olduqlarını deyən 112 ssenarist, Ozan Güvenin bir müddət sənət dünyasından uzaqlaşdırılmasını tələb ediblər.
Xatırladaq ki, bu gün türk mətbuatında Ozan Güvenin soyadı, Ozan Dövən kimi yazılıb.
Etdiyi qəddarlığa görə peşman olmayan aktyor,özəl xəstəxanaların birinə gedərək arayış alıb və tibbi arayışda Deniz Bulutsuzun ona xəsarət etdiyini iddia edib.Bu hərəkəti ilə özünü gülünc vəziyyətə qoyan aktyorun son əməlini sənət dostları da bəyənməyib.
Ozan Güvenə dəstək verən və dolayı yolla onu müdafiə edənlər arasında Serenay Sarıkaya, Cem Yılmaz və Ahmet Kuralın da adları var.



Ssenaristlər Ozan Güvenlə bağlı qərar qəbul etdi
Ssenaristlər Ozan Güvenlə bağlı qərar qəbul etdi
Ssenaristlər Ozan Güvenlə bağlı qərar qəbul etdi

Paylaş: