Ennio Morrikone şəxsi nekroloqunu yazıb: "Mən, ölürəm..."
Tarix: 6-07-2020, 16:52



İyulun 6-sı xəstəxanada dünyasını dəyişən dünya şöhrətli bəstəkar, Maestro Ennio Morrikone şəxsi nekroloqunu yazıb.
Open.az xəbər verir ki, bu barədə Maestronun ailə dostu və vəkili Corco Assummu xəbər yayıb.
E.Morrikonenin yazdığı nekroloqu jurnalistlərə göstərən vəkil bildirib ki, bəstəkarın dəfninin qapalı keçirilməsi hazırki vəziyyətlə bağlı deyil. Belə ki, dəfnin qapalı keçirilməsini böyük bəstəkarın özü yazdığı nekroloqda bildirib.
Dünya şöhrətli bəstəkar: "Mən, Ennio Morrikone, öldüm. Bu barədə yanımda və məndən uzaqda olan bütün dostlarıma bəyan edirəm. Hər kəsi böyük sevgiylə, məhəbbətlə salamlayır və vidalaşıram" yazan Maestro, nekroloqda həyat yoldaşına böyük sevgisini də etiraf edib.
Xatırladaq ki, bu gecə dünyasını dəyişən 91 yaşlı bəstəkar, bir müddət əvvəl evdə yıxılıb. Omba sümüyü sınan bəstəkarın həyatını xilas etmək mümkün olmayıb.

Paylaş: