Aygünlə Rəhim arasında nə baş verir?
Tarix: 6-07-2020, 16:13




“Hazırda heç kimlə dostluq etmirəm. Güvəndiyim dağlar, sənə də qar yağdı. Tərəziyə qoyanda fədakarlığım daha çoxdur”. 
“Qafqazino” xəbər verir ki, bu sözləri müğənni  Rəhim Rəhimli “Fəlidən doğru xəbər” proqramında qonaq olarkən deyib.  O, şou-biznesdə heç kəslə dostluq etmədiyini bildirib:
“Düşünürəm ki, bu, qarşılıqlı olmalıdır. Sənət aləmində xanım və bəylə də dostluq etdim. Sonra qərara gəldim ki, heç kimlə dostluq etməyim”.
R. Rəhimli aparıcının “dostlarınızdan birini bilirəm, Aygün Kazımovadır” deməsinə o, “sizə elə gəlir” cavabını verib.
Bundan sonra hər iki sənətçinin münasibətlərin soyuqlaşması barədə məlumatlar yayılmağa başlayıb. Rəhimin mətbuat xidməti isə yaydığı açıqlamada hər şeyin qaydasında olduğunu vurğulayıb. 

Paylaş: