"Övladlarım şou-biznesdə olmaq istəmir"
Tarix: 6-07-2020, 15:54



BiG.AZ saytının “Seçilənlər” rubrikasının növbəti qonağı sevilən müğənni Rahidə Baxışova oldu.

Karantin sizin karyeranıza necə təsir etdi?
- Bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılan bu virus əlbəttəki, hərkəsə təsir etdiyi kimi, mənim də karyerama çox pis təsir etdi.
Müğənni olmağa necə qərar verdiniz və sizi ilk kim kəşf etdi?
- Oxuduğum orta məktəbdə musiqi müəlliməm məndəki istedadı görüb, məni məktəblər arası keçirilən musiqi yarışmalarına göndərdi. Beləliklə yavaş-yavaş karyerama başladım.

Yaradıcılığınıza fasilə verdiyiniz, sənətdən getdiyiniz üçün peşman oldunuz mu?
- Əslində bir tərəfdən yox, peşman olmadım deyərdim. Çünki ikinci dəfə ana olduğum üçün sənəti tərk etmişdim.

Sənətdə olmadığınız müddət sizin üçün necə keçdi və yenidən səhnəyə qayıtmağa necə qərar verdiniz?
- Ailəmə və övladlarıma başım qarışmışdı. Yenidən belə qismət oldu və öz sənətimə qayıtdım.

Əlinizdə bir şansınız olsaydı Azərbaycan şou-biznesində nələri dəyişmək istəyərdiniz?
- Əslində dəyişiləsi çox şey var amma əlimdə belə bir şans olmadığı üçün heçnə deyə bilmərəm.

Azərbaycan kanallarındakı proqramların keyfiyyətindən razısınız?
- Bütün proqramların keyfiyyətindən razı deyiləm lakin bəyəndiyim verlişlər də var.

Sizə görə hal-hazırda ölkənin əsas ulduzu kimdir?
- Üç xalq artistimizin adını çəkə bilərəm: Aygün Kazımova, Brilliant Dadaşova və Röya Ayxan.

Həyatınız barədə avtobioqrafik kitab yazsanız adı nə olar?
- Əgər belə bir kitab yazsam adı “Eşit və İnanma” olar.

Hazırda şou-biznesdə küsülü olduğunuz, danışmadığınız insanlar var mı?
- Küsülü deməzdim amma incidiyim məşhurlar bəli var.

Bəzi müğənnilər övladlarının onların yolundan gəlib müğənni olmasını istəmirlər. Sizin övladlarınız üçün belə bir qadağanız var?
- Mənim övladlarıma qarşı heçbir qadağam yoxdur. Lakin onlar özləri şou-biznesdə olmaq istəmirlər, başqa sahədə çalışmaq istəyirlər.

Paylaş: