"Heç vaxt heç kimin 1 qəpiyinə göz dikməmişəm"
Tarix: 6-07-2020, 15:26



Əməkdar artist Ülviyyə Əliyeva 1 il öncə evində baş vermiş oğurluq hadisəsindən söz açıb. 
UlduzumSan.Az-ın məlumatına görə, o, hələ də oğruların tapılmadığını bildirib: “1 ildən çox vaxt keçib. Qeyri-peşəkar işçi qüvvəsinə görə oğru tapılmadı. Hər ay bir müstəntiq dəyişdi. Yoruldum... O qızıllar, pullar halallıqla alınmışdı. Gəlinliyim, ata evimdən gətirdiyim və yoldaşımın halal qazancı ilə aldıqları idi. Heç vaxt heç kimin 1 qəpiyinə göz dikmədim. Atam halal çörək yedizdirib.
Halalıma haram qatıb evimə girib qızıllarımı götürdü. Mənə elə bir qorxu yaşatdı ki... Onu bağışladım, amma Allah bağışlamasın".

Paylaş: