“Altın Kelebek”in ən dəbli və zövqsüzləri bəlli oldu
Tarix: 6-07-2020, 15:21



Ötən gün 46-cı Altın Kelebek Ödülləri sahiblərinə təqdim olunub.

Musavat.com xəbər verir ki, Çağla Şikel ilə Cem Davranın aparıcılıq etdiyi gecəyə qonaqlar onlayn şəkildə qatılıblar. Qalib elan olunan zaman bütün namizədlər efirə bağlanıb və onların mükafatı evlərində, ofislərində təqdim olunub.

Pandemiya səbəbindən fərqli formatda keçirilən və qırmızı xalı təşkil edilməyən gecə üçün ulduzlar xüsusi hazırlaşıblar. Əsasən də qadın sənətçilərin geyimləri müzakirə olunub. Onlar yay olmasına baxmayaraq rəngarəng geyimlərə müraciət etməyiblər. Məşhur xanımlar əvvəlki illərdən fərqli olaraq ağ və qara geyimlərə üstünlük veriblər.

Geyimi ilə ən çox diqqəti “Altın Kelebek”in siması olan Demet Özdemir çəkib. Aktrisa qara, mini libası ilə sosial şəbəkədə “Gecənin ən dəbli xanımı” seçilib.

Müğənni Hadisə ilə aktrisa Serenay Sarıkayanın isə əyləncəli halları diqqət çəkib.

“Ən yaxşı serial cütlüyü” Aybüke Pusat, Furkan Andiç seçilib. Furkan dəbə uyğun geyinsə də, Aybükenin sadə geyimi onu “Gecənin zövqsüzü” adlandırılmasına səbəb olub.
Kişi məşhurlar isə havalar isti olsa da, kostyum geyinməyə üstünlük verib.


 









Paylaş: